+

100AZN və yuxarı sifarişlərdə pulsuz çatdırılma



SİFARİŞ

Seçimdən sonra, sifarişin telefon və ya WhatsApp vasitəsilə təsdiqi

ÇATDIRILMA

Çatdırılma detalları telefonla müəyyən edildikdən sonra sifarişin çatdırılması

ÖDƏNİŞ

Sifariş qəbul edildikdə, ödənişin yerində nağd və ya kredit kartı ilə edilməsi


Tez-tez verilən suallar

NECƏ SİFARİŞ VERƏ BİLƏRİM?

  • Ümumi səhifədən sifariş vermək istədiyiniz brendin Azərbaycan səhifəsinə keçid edin,seçiminizi edərkən məhsulun kodunu və ölçüsünü özünüzdə mütləq qeyd edin. Sifariş üçün əsas səhifədə brendin üzərində qeyd olunan nömrəyə zəng və ya WhatsApp-dan yaza bilərsiniz.Sifariş təsdiqləndikdən sonra çatdırılma həyata keçiriləcəkdir.

SİFARİŞİ WHATSAPP VASİTƏSİLƏ NECƏ EDƏ BİLƏRƏM?
  • Brend üçün təqdim olunan WhatsApp nömrəsini telefonunuzun kontakt hissəsində qeyd edin.Sonra WhatsApp mobil əlavəsini telefonunuza yükləyin və bu əlavə vasitəsilə sifarişinizin detallarını və bütün suallarınızı bizə göndərin. Müştəri ximətləri nümayəndələrimiz sifarişinizin detallarını araşdıracaq və bütün suallarınızı WhatsApp vasitəsilə cavablandıracaq

SİFARİŞİ TELEFON VASİTƏSİLƏ NECƏ EDƏ BİLƏRƏM?
  • Hər bir brend üçün təqdim olunan nömrəyə zəng edərək müştəri xidmətləri nümayəndələrimizə sifarişinizi və bütün suallarınızı ünvanlaya bilərsiniz

BU XİDMƏTDƏN İSTİFADƏ ÜÇÜN MİNİMUN SİFARİŞ MƏBLƏĞİ MÖVCUDDUR?
  • Xeyir, minimum sifariş məbləği təyin olunmayıb.Mağazada mövcud olan istənilən məhsulu seçə və sifariş edə bilərsiniz.

ÇATDIRILMA ÜÇÜN ÖDƏNİŞ MÖVCUDDUR?
  • 100AZN və yuxarı sifarişlərdə çatdırılma pulsuz, 100AZN-dən aşağı sifarişlərdə çatdırılma 5AZN təşkil edir

ÇATDIRILMA HANSI ƏRAZİLƏRƏ NƏZƏRDƏ TUTULUB?
  • Çatdırılma Bakı, Sumqayıt və Abşeron rayonu ərazisinə nəzərdə tutulub

ÇATDIRILMA NECƏ HƏYATA KEÇİRİLİR?
  • Kuryer şirkətlərimizdən birinin əməkdaşı telefon vasitəsilə əlaqə saxlayıb, çatdırlma vaxtını əvvəlcədən təyin edəcək

ÇATDIRILMA GÜNLƏRİ VƏ SAATLARI.
  • Həftənin 6 günü: bazar ertəsi- cümə günləri saat 20:00-a, şənbə günü saat 18:00-a qədər

ÇATDIRILMA MÜDDƏTİ
  • Sifarişiniz təsdiq edildikdən 1-3 gün ərzində çatdırılacaq

ÇATDIRILMA ZAMANI HANSI SƏNƏD TƏQDİM OLUNMALIDIR?
  • Şəxsiyyət vəsiqənizi mütləq kuryerə göstərməlisiniz

ÇATDIRILMA VAXTINI NECƏ DƏYİŞDİRMƏK OLAR?
  • Kuryer şirkətinin nümayəndəsi zəng edib çatdırılma vaxtını bildirdikdə, ona Sizə uyğun vaxtı bildirib çatdırılma vaxtını dəyişdirə bilərsiniz

SİFARİŞ BAŞQA ŞƏXS TƏRƏFINDƏN QƏBUL EDİLƏ BİLƏR?
  • Yalnız sifarişi verənin şəxiyyətini təsdiq edən sənəd təqdim olunduğu təqdirdə mümkündür

ÖDƏNİŞ NECƏ HƏYATA KEÇİRİLİR?
  • Nağd və kredit kartı(VISA, MASTER)vasitəsilə çatdırılma zamanı

QİYMƏTƏ ƏDV DAXİLDİR?
  • Səhifədə təqdim olunan bütün qiymətlərə ƏDV daxildir

QAYTARILMA VƏ DƏYİŞDİRİLMƏ QAYDALARI
  • Bütün qaytarılma və dəyişdirilmələr mall-lar açıldıqdan(Covid-19-la bağlı məhdudiyyət aradan qaldırıldıqdan sonra) 14 gün ərzində mümkün olacaq

MƏHSULUN MÖVCUDLUĞUNU NECƏ YOXLAYA BİLƏRƏM?
  • Brendin yuxarıda qeyd olunan rəsmi səhifəsinə daxil olub, “Mağazada mövcudluğu (In-Store Availability)” funksiyası ilə yoxlaya bilərsiniz

MALLARIN DƏYİŞDİRİLMƏSİ VƏ QAYTARILMASI QAYDALARI

Məqsədimiz müştərilərimizə hər zaman yüksək səviyyəli xidmət göstərməkdir. Mağazamızdan alınmış lazımi keyfiyyətli mal öz formasına, ölçüsünə, qabaritinə, modelinə,rənginə və ya quruluşuna görə müştəriyə uyğun deyilsə və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, müştəri malı ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyəti dayandırılmış ticarət mərkəzləri (mallar) və mağazalarımız yenidən fəaliyyətə başladığı gündən etibarən 14 gün ərzində həmin malı dəyişdirmək və ya qaytarmaq hüququna malikdir. Müştəri tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal növbəti şərtlər təmin edildiyi təqdirdə dəyişdirilə və yaqaytarıla bilər:
1) mal istifadə olunmamalıdır;
2) malın əmtəə görünüşü, istehlak xassələri,plombu, yarlığı saxlanılmalıdır;
3) mal və yaxud kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədlər saxlanılmalıdır.

Aşağıda sadalanmış mallar dəyişdirilə və ya qaytarıla bilməz: 1) Parfümeriya-kosmetika malları;
2) Kişi, qadın və uşaq çimərlik paltarları;
3) Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
4) Şəxsi gigiyena əşyaları (diş firçaları,daraqlar, biqudilər və s.);
5) Uşaq oyuncaqları;
6) İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.